thumb|Cozef Pulitser

Pulitser mükafatı () — ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafat.

Ümumi Məlumat Pulitzer ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafatdır. Bu mükafat macar əsilli amerikalı naşir Jozef Pulitzer tərəfindən təsis edilib. Hər il aprel ayında qaliblərə mükafatlar 21 kateqoriya üzrə verilir. 20 kateqoriya üzrə hər qalibə sertifikat və 10 min ABŞ dolları verilir. Jurnalistika sahəsində ictimai xidmətinə görə qalib qızıl medalla mükafatlandırılır. Updated 2013 by Sig Gissler. Hal hazırda birdən çox Pulitzer alanlar da var. Onların siyahısı isə tamamlanmayıb.

Mükafatın təsis edilmə tarixi 20-ci əsrin əvvəllərinə aiddir. Qəzet naşiri Jozef Pulitzer mükafat təsis etmək və jurnalistika məktəbi açmaq üçün Kolumbiya Universitetinə pul ödəyir. Mükafat və təqaüdlər üçün 250 min dollar pul ayrılır. Bölgü belə aparılmışdı: 4 mükafat jurnalistika üzrə, 4 mükafat teatr üzrə. Updated 2013 by Sig Gissler. İlk Pulitzer mükafatı Jozefin ölümündən sonra, 4 iyun 1917-ci ildə sahibinə təqdim edilib. Bu Amerika tarixi haqda ən yaxşı kitabın müəllifi Jin Jules Jusserand idi, o 2 min dollar dəyərində pul mükafatı almışdı. Hebert Bayard Svope isə ən yaxşı reportyor kimi min dollar qazanmışdı. Ən maraqlısı da odur ki, jurnalistlər mükafat əldə etmək üçün rəqabət apardığı bir vaxtda, Mak Kormikin idarəçliyi dövründə Çikaqo Tribun qəzeti bu mükafat uğrunda mübarizəyə qoşulmurdu.

Xəbər fotoqrafiyası üzrə Pulitzer Mükafatı Fotoqrafiya üzrə Pulitzer mükafatı 1942-ci ildə yaradılıb, 1967-ci ildən isə 2 kateqoriya üzrə mükafat təyin edilməyə başladı: hadisəni təfərrüatları ilə çatdıran fotolar və hadisəni baş verdiyi andaca çatdıran fotolar.

Qadın “Pulitzer”çilər 1918-ci ildən 2011-ci ilədək 26 qadın şeir, 1921-ci ildən 2011-ci ilədək 29 qadın nəsr əsərləri, 1921-ci ildən 2009-cu ilədək 13 qadın dram əsərləri, 1983-cü ildən 2010-cu ilədək 4 qadın musiqi əsərləri kateqoriyasına görə Pulitzer əldə edib.

Kateqoriyalar İctimai xidmət Son dəqiqə xəbərçiliyi Araşdırma jurnalistlik Açıqlayıcı jurnalistlik Yerli xəbərçilik Milli xəbərçilik Beynəlxalq xəbərçilik Yazı Şəhr Tənqid Baş məqalə Karikaturaçılıq Son dəqiqə xəbər fotosu Fotoqrafiyaçılıq Dram Tarix Avtobioqrafiya Uydurma Şeir Uydurma olmayan ümumi əsər Musiqi

İstinadlar

Kateqoriya:ABŞ jurnalistika mükafatları