Poliana Okimoto () — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.

O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib.

Karyerası

2012 London Olimpiadası Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi.

2016 Rio-de-Janeyro Olimpiadası Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.

İstinadlar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları

Kateqoriya:2016 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2007 Pan Amerika Oyunlarının medalçıları Kateqoriya:2011 Pan Amerika Oyunlarının medalçıları