II Qaraçuq nekropolu — Naxçıvan şəhərindən 3 km şərqdə, Qaraçuq kəndi yaxınlığında yerləşən Orta əsrlərə aid arxeoloji abidə.

Tarixi Məlumata görə, nekropolda sənduqə tipli və qoç formalı daşlardan ibarət qəbirüstü abidələr olmuşdur. Bu abidələrin baş daşları, əsasən, yastı daş plitələrdən hazırlanaraq, bəzilərinin baş tərəfi tağvarı formada tamamlanmışdır. Bir neçəsinin üzərində ərəbcə kitabə var. Nekropoldakı ölülərin hamısı müsəlman adəti üzrə dəfn olunub. Abidənin XII-XIX əsrlərə aid olması ehtimal edilir.Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi. Naxçıvan ensiklopediyası. I cild. Naxçıvan: 2005.

Əhəmiyyəti Nekropolda aparılan araşdırmalar Naxçıvanda XII-XIX əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

İstinadlar

Həmçinin bax I Qaraçuq nekropolu

Kateqoriya:Naxçıvan nekropolları