Kommunikasiya [lat. communikato – rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur:

1. İnformasiyanın mübadilə prosesi, üç cəhətdən fərqləndirilir: 1.1 Texniki kommunikasiya – bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın verilməsi; 1.2 Semantik kommunikasiya – informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi; 1.3 Praqmatik kommunikasiya – verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi. 2. Nəqliyyat vasitələrinin hərəkət marşrutları, rabitə kanalları, şəhər təsərrüfatının yeraltı şəbəkəsi və s; 3. İnformasiya mübadiləsi, informasiyanin ötürülməsi.

Ədəbiyyat R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.

Xarici keçidlər

Kateqoriya:Terminologiya Kateqoriya:İngilis dilində ifadələr