Celonq () — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər.Celonq// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 215. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 143,9 min (2011) nəfərdir.

Coğrafiyası Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə).

Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir.

Tarixi Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi. 1857-ci ildə dəmiryol xətti Celonqu Melburn ilə birləşdirdi. 1910-cu ildə şəhər statusu almışdır. 1920–30-cu illərdə Celonqun sənaye mərkəzi (yun emalı üzrə 3 fabrik, viski zavodu, “İnternational Harvester” Amerika firmasının kənd təsərrüfatı texnikasını istehsal edən fabriki) və iri port kimi (əsasən, buğda ixracı) əhəmiyyəti artmışdı.

Memarlığı Tarixi tikililər müasir turizm infrastrukturu ilə birləşir. Dikin Universiteti (1974), Celonq-kollec (1861), Qordon texnologiya kolleci (1887), Kardiniya beynəlxalq kolleci (1995); Rəssamlıq qalereyası (1896), yun milli muzeyi (1988), dəniz muzeyi (1968), avtomobil muzeyi (1999); İncəsənət mərkəzi (1981; tərkibində Ford və Blakiston teatrları), Skilld stadionu (2005-ci ilədək Kardiniya-park adlanmışdır) var.

Sənayesi İşləyən əhalinin 76%-i xidmət sferasında, təqribən 20%-i sənaye sahəsində çalışır. “Shell” şirkətinin neft emalı zavodu (1954-cü ildən; Avstraliyada ən iri zavodlardan biridir: 2004-cü ildə 6,1 mlrd. l-dən çox neft məhsulları – benzin, dizel yanacağı və s.), “Ford Motors” şirkətinin avtomobil zavodu (1926-cı ildən), alüminium istehsalı zavodu (1963-cü ildən; ildə təqribən 185 min t alüminium) fəaliyyət göstərir. Xalça (“Godfrey Hirst” şirkəti), geyim və sörfinq aksessuarları (“Rip Curl” firması) və s. istehsal olunur.

Qalereya

Həmçinin bax Sidney Melburn Brisben

İstinadlar

Xarici keçidlər Celonq rəsmi internet səhifəsi

Kateqoriya:Avstraliya şəhərləri