Daşburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1239,4 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən cənub-şərqə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Sədərək kəndindən 2 km şimal-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Daşburun dağı el arasında digər adı ilə Əjdəkan dağı adlanır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Sədərək rayonunun dağları