Əcnəvir dağı - Ordubad rayonu ərazisində dağ (hünd.2878,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən (3147,5 m) cənub-qərbə ayrılan Kotam qolunun suayırıcısında zirvə. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid hibridləşmiş qranodioritlərindən təşkil olunmuş  sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadına aiddir.

Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Almalıdağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları