Xloritoid — mineral. Tərkibi dəyişkəndir, Fe2+-nin Mg, Mn və Al-un Fe3+ əvəzlənməsi adidir. İki polimorf modifikasiyası vardır: monoklinik və triklinik. Habitus vərəqvari, qısa sütunvari. İkiləşmə {001} üzrə sadə, polisintetik və üçlüklər. Ayrılma {001} üzrə mükəmməl, {110} üzrə orta; sınma {010} üzrə. Tünd-yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki 3,5-3,8. Gilli çökmələrin regional metamorfizminin aşağı və orta pillələri üçün səciyyəvidir. Hidrotermal proseslərdə də əmələ gəlir. Növ müxtəlifliyi: ottrelit, mavinit, sismondin.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
Kateqoriya:Nesosilikatlar Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Manqanın (II) mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:Triklinik sinqoniya mineralları