Lars Ştindl (26 avqust 1988-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusu.
Klub karyerası Ştindl Almaniyanın Speyer şəhərində anadan olmuşdur. O, futbolçu karyerasına Viesental klubunun gənclər komandasında başlamışdır. 2000-ci ilin yayında Karlsruher klubunun akademiyasına qəbul olmuşdur. Ştindl peşəkar karyerasına Karlsruher klubunda start vermişdir. O, Bundesliqada ilk oyununa 15 mart 2008-ci ildə çıxmışdır. O, Ayntraxt Frankfurt klubuna qarşı oyunda 81-ci dəqiqədə meydana daxil olmuşdur. Ştindl Bundesliqada ilk qolunu 29 noyabr 2008-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuşdur. 2010-cu ilin fevral ayında Ştindl Karlsruher klubunu tərk etmişdir. 16 mart 2010-cu ildə o, Hannover 96 klubu ilə müqavilə imzalamışdır.
25 mart 2015-ci ildə Ştindl Borussiya Münhenqladbax klubu ilə müqavilə imzalamış və 2015-16 mövsümündən bu klubda çıxış etməyə başlamışdır.
O, klub ilə debütünü 8 avqust 2015-ci ildə 2015-16 Almaniya Kubokunun birinci turunda Sankt-Pauli klubuna qarşı oyunda etmiş və qolla yadda qalmışdır. Həmin görüşdə klub rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.
Klubun keçmiş kapitanı Martin Stranzl karyerasını başa vurduğu üçün, vitse-kapitan Qranit Caka isə Arsenala tranfer olduğu üçün Ştindl 1 avqust 2016-cı ildə klubun kapitanı təyin edilmişdir.
23 fevral 2017-ci ildə Ştindl UEFA Avropa Liqasının 1/8 final mərhələsində Fiorentina klubuna qarşı oyunda het-triklə yadda qalmışdır. Artemio Françi stadionunda keçirilən görüşdə Borussiya 3-0 hesabı ilə qalib gəlmişdir.
Milli karyerası
Gənclər Ştindl bir müddət Almaniya U-20 millisində çıxış etmiş, Almaniya U-21 millisi ilə isə bir oyuna çıxmışdır.
Əsas milli Ştindl əsas milli komandaya 2017-ci ildə çağırılmışdır. O, 6 iyun 2017-ci ildə Danimarka millisi ilə yoldaşlıq oyununda, 10 iyun 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində San-Marino millisi ilə oyunda və 17 iyun və 2 iyul 2017-ci il tarixləri aralığında 2017 FİFA Konfederasiyalar Kubokunda iştirak etmişdir.
Ştindl milli komanda ilə debütünü 6 iyun 2017-ci ildə Danimarka millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Ştindl 2017 FİFA Konfederasiyalar Kubokunun ilk oyununda Avstraliya millisi ilə oyunda 5-ci dəqiqədə qolla yadda qalmışdır.
Karyera statistikası
Klub
Klub Mövsüm Liqa Kubok Kontinental Ümumi Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Karlsruhe II 2006–07 Regionalliqa Süd 12 2 — — 12 2 2007–08 26 4 26 4 2008–09 10 5 10 5 2009–10 1 0 1 0 Ümumi 49 11 49 11 — Karlsruhe 2007–08 Bundesliqa 2 0 0 0 2 0 2008–09 21 4 1 0 22 4 2009–10 2. Bundesliqa 33 9 2 0 35 9 Ümumi 56 13 3 0 59 13 — Hannover 2010–11 Bundesliqa 33 2 1 0 34 2 2011–12 28 2 2 2 13 2 43 6 2012–13 18 2 2 0 9 2 29 4 2013–14 31 3 2 0 — 33 3 2014–15 21 10 1 1 22 11 Ümumi 131 19 8 3 22 4 161 26 — Borussiya Münhenqladbax 2015–16 Bundesliqa 30 7 3 4 6 3 39 14 2016–17 30 11 3 2 10 5 43 18 Ümumi 60 18 6 6 16 8 82 32 — Ümumi karyera 293 61 17 9 38 12 348 88 — 1.Almaniya Kuboku görüşləri daxildir. 2.UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası görüşləri daxildir.
Milli komanda
Milli komandaİlQolAlmaniya201742Ümumi42
Milli komanda qolları (Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.) # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 19 İyun 2017 Fişt Olimpiya stadionu, Soçi, Rusiya <center>1–0 <center>3–2 2017 FİFA Konfederasiyalar Kuboku 2. 22 İyun 2017 Kazan Arena, Kazan, Rusiya <center>1–1 <center>1–1 2017 FİFA Konfederasiyalar Kuboku
İstinadlar
Xarici keçidlər Career stats at Fussballdaten.de
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Orussiya Münhenqladbax FK futbolçuları Kateqoriya:Hannover 96 FK futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri