XXIII İoann (Ancelo Cüzeppe Ronkalli, 25 noyabr 1881, Sotto-il-Monte - 3 iyun 1963) - Roma Papası (1958-1963). İkinci Vatikan məclisini çağırmış, Kilsənin yeniləşməsi ("acornamento") siyasəti aparmışdır. Yeddi ensiklikanın müəllifidir, o cümlədən "Mater et Magistra" ("Ana və Təlimçi", 1961) və "Pacem in Terris" ("Torpaqlarda Sülh", 1963). Pravoslav və protestant xadimlərilə əlaqə saxlamışdır. Bir vaxt Berqamo yepiskopunun katibi olmuş, Birinci Dünya müharibəsində tibb serjantı, sonra keşiş vəzifəsində işləmişdir. 1925-ci ildə Papa nümayəndəsi vəzifəsində Bolqarıstana yollandırmışdır. İkinci dünya müharibəsində Ronkalli yəhudilərin işğal edilmiş Macarıstandan xilas etməsində iştirak etmiş, 1944-cü ildə Fransaya Papa nunsisi təyin edilmişdir. Sonra kardinal və Venesiya arxiyepiskopu olmuş, 1958-ci il oktyabrın 28-də Roma Papası seçilmişdir.
Xarici keçidlər
Kateqoriya:Papalar Kateqoriya:İtalyan papalar Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Holokost zamanı yəhudiləri xilas edən şəxslər Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Pasifistlər Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İtaliya müqəddəsləri Kateqoriya:Lüteran liturgiya təqvimində qeyd edilən şəxslər Kateqoriya:XX əsr papaları