Gəvək dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.

Həmçinin bax Alçalıdağ Cindağ (Ordubad) Aracı dağı Gəmiqaya dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları