Romano Şmid () — Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçu.

Həyatı 27 yanvar 2000-ci ildə Qratsda anadan olub.

Klub karyerası

Şturm Qrats Şmid Şturm Qrats akademiyası vasitəsilə inkişaf etmişdir. Şmid öz peşəkar karyerasında debütünü 28 may 2017-ci ildə Volfsberger klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Fabian Koçu əvəz etmişdir. Bundesliqa görüşündə Şturm rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. O, 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada meydana çıxan ilk futbolçu olmuşdur. O, karyesında ilk qolunu 30 iyul 2017-ci ildə Austriya Vyana klubuna qarşı oyunda vurmuşdur. O, 86-cı dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Şmid həmçinin 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada qol vuran ilk futbolçudur.Schmid erster 2000er-Jahrgang-Torschütze in der Bundesliga skysportaustria.at, am 30. Juli 2017, abgerufen am 5. August 2017

Red Bull Zalsburq 19 avqust 2017-ci ildə Şmid Bundesliqa təmsilçilərindən olan Red Bull Zalsburq klubu ilə 2020-ci ilin yanvar ayına kimi müqavilə imzalamışdır.Romano Schmid wird ein Roter Bulle redbullsalzburg.at, am 19. August 2017, abgerufen am 19. August 2017 Şmid klub ilə debütünü 27 may 2018-ci ildə Austriya Vyana klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Amadu Haydaranı əvəz etmişdir. Bundesliqa görüşündə Zalsburq rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur.

Liferinq Zalsburq klubuna transfer olduqdan sonra Şmid əvəzedici komanda olan Liferinq klubuna göndərilmişdir. O, burada debütünü 25 avqust 2017-ci ildə Avstriya Lustenau klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Filipp Sturm ilə əvəz olunmuşdur. 2. Bundesliqa görüşündə Liferinq rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. Şmid klubda ilk qolunu 12 sentyabr 2017-ci ildə Kapfenberq klubuna qarşı oyunda vurmuşdur. O, 4-cü dəqiqədə qolla yaddda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.

Verder Bremen 3 yanvar 2019-cu ildə Şmid 1 milyon avro qarşılığında Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubu ilə 4 illik müqavilə imzalamışdır. Lakin Şmid hərbi xidmətə çağırışla bağlı məsələlərə görə dərhal komanda ilə məşqlərə qoşulmayacaq. Verder klubu hərbi xidmətə görə 18 aylıq möhlət alacağını açıqlamışdır.Werder Bremen verpflichtet Romano Schmid werder.de, am 3. Jänner 2019, abgerufen am 3. Jänner 2019

Milli karyerası 2016-cı ildə Şmid Avstriyanın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Şmid Bosniya və Herseqovina, Ukrayna, Almaniya və Portuqaliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Ukrayna millisinə qarşı oyunda bir qolla yadda qalmışdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolŞturm Qrats2016–17Bundesliqa10000000102017–182110000031Red Bull Zalsburq2017–18Bundesliqa10000000102018–190000000000Liferinq2017–182. Bundesliqa2480000002482018–196100000061Verder Bremen2018–19Bundesliqa0000000000Ümumi karyera34101000003510 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.

Uğurları

Klub «Red Bull Zalsburq» Bundesliqa — 2017-2018

İstinadlar

Xarici keçidlər Статистика на soccerway Профиль на sports.ru

Romano Schmid in der Datenbank von fussballoesterreich.at

Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:Liferinq FK futbolçuları Kateqoriya:Verder Bremen FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:Legioner Avstriya futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Avstriya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Avstriya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları