thumb ISMN () – not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.
Not nəşrinə həm ISMN, həm də ISBN kodları təyin edilə bilər. ISBN kodundan fərqli olaraq, ISMN standartında nəşriyyatçıların ölkələr üzrə bölgüsü nəzərdə tutulmamışdır.
Nəzarət rəqəminin hesablanması aşağıdakı alqoritm üzrə həyata keçirilir: ISMN kodundakı hər bir işarə öz çəkisinə vurulur. İşarələrin çəkiləri növbələşən 3 və 1 ədədləridir. "M" prefiksi həmişə 3 çəkisinə, növbəti işarə 1 çəkisinə, ondan sonrakı 3 çəkisinə və bu qaydada davam edir. "M" prefiksinə 3 rəqəm dəyəri verilmişdir. Rəqəm dəyərləri müvafiq işarə çəkilərinə vurulur, daha sonra alınan qiymətlər toplanılır. Alınan cəm 10-a bölünür və alınan qismətdən tam hissə götürülür. Həmin tam hissə nəzarət rəqəmini təşkil edir.
İstinadlar
Kateqoriya:Biblioqrafiya Kateqoriya:Nəşriyyat işi Kateqoriya:İnformasiya mənbələri Kateqoriya:Musiqi terminləri Kateqoriya:ISO standartları