Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.
Həmçinin bax Dərələyəz silsiləsi Xarxat dağı Quşqayası Gendərə (Babək) Gədikdağ
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları