Qrossulyar - mineral uqrandit və qrossulyar — hidroqrossulyar seriyalarına mənsub olan qranat; Ca3Al2[SiO4]3. Adətən, qarışığı andradit komponenti olur. Rəngsiz, qızılımtıl — sarı. Xüsusi çəki 3,6. a=11,851A0; n = 1,734–1,780. Xırda dənələri izotropdur, iri kristalları çox vaxt anizotrop olur; sektorial ikil müşahidə edilir. Termiki və regional dəyişilmiş kalsium-karbonatlı süxurlar üçün səciyyəvidir. Kalsiumlu metasomatozun məhsulu. Bəzən metamorflaşmış bazaltların boşluqlarında tapılır. Növ müxtəlifliyi: hessonit, vanadiumlu qrossulyar və b.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

Kateqoriya:Geologiya terminləri Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri