Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin  çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. Hərəmi aşırımı — Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.

Həmçinin bax Boyəhməd aşırımı Qudurdağ aşırımı Biçənək aşırımı Gədik aşırımı

İstinadlar

Kateqoriya:Azərbaycan aşırımları Kateqoriya:Ordubad rayonunun dağları