Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti — Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı.
Haqqında Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:
Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti
I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.
Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Səlahiyyətləri Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:
Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
— muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
— muxtar respublikanın büdcəsini icra edir;
— muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
— muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
— nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
— Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.
Maddə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.
Tərkibi VəzifəVəzifəliPartiyaVəzifədədirBaş nazir və müavinləri Baş nazir Ceyhun Cəlilov 25 aprel 2024 Baş nazirin birinci müavini Elşad Əliyev 27 iyun 2018 Baş nazirin müavini Bəxtiyar Məmmədov 20 iyun 2023Nazirlər Daxili İşlər Nazirliyi Süleyman NeymətovBitərəf 28 dekabr 2022 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xanlar Mustafayev 4 iyun 2024 Fövqəladə Hallar Nazirliyi Şahin MirzəyevBitərəf 17 yanvar 2023 Ədliyyə Nazirliyi Hüseyn Səfərov 11 oktyabr 2023 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fərid Bağırzadə 25 aprel 2024 Gənclər və İdman Nazirliyi Məcid SeyidovYeni Azərbaycan Partiyası 21 iyul 2023 İqtisadiyyat Nazirliyi Abbas İsmayılov 8 dekabr 2023 Kənd Təsərrüfatı Nazirliyi Xəyalə Dadaşova 28 fevral 2023 Maliyyə NazirliyiHəsən İsmayılov16 iyul 2024 Mədəniyyət Nazirliyi Həsən Seyidov 14 avqust 2023 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rahid ƏləkbərliBitərəf 31 oktyabr 2023 Səhiyyə Nazirliyi Samiq Sadıxov 31 may 2024 Təhsil Nazirliyi Elxan NəcəfovBitərəf 31 may 2024Komitələrin sədrləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ramilə Seyidova Dövlət Statistika Komitəsi Hüseyn Bağırov 7 aprel 2023 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İlqar Sadıqov 24 yanvar 2023Xidmət rəisləri Dövlət Energetika Xidməti Məhərrəm Hüseynov 30 iyul 2024Agentliyin sədrləri Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Vüqar Babayev 19 dekabr 2017Dövlət Su Ehtiyatları AgentliyiMalik Rzayev1 iyun 2024 Departament sədrləri Dövlət Turizm Departamenti Əkbər Novruzov 24 aprel 2018
Baş nazirlər
Baş nazirlərSıraŞəkilAdBaşlama tarixiBitmə tarixiPartiya1Mirismayıl Əliyev 17 noyabr 1990 sentyabr 1991Azərbaycan Kommunist Partiyası2Becan Fərzəliyev sentyabr 1991 1993Azərbaycan Xalq Cəbhəsi3Şəmsəddin Xanbabayev 1993 2000Yeni Azərbaycan Partiyası4Əlövsət Baxşıyev 11 fevral 2000 14 may 20205 Səbuhi Məmmədov 23 may 2020 25 aprel 20246Ceyhun Cəlilov 25 aprel 2024 Hal-hazırdaBitərəf
Həmçinin bax NMR Nazirlər Kabineti rəsmi veb saytı
Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan baş nazirlərinin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycanın dövlət quruluşu Kateqoriya:Naxçıvan Muxtar Respublikası Kateqoriya:Naxçıvan Muxtar Respublikasında siyasət