XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan sancağının tərkibinə daxil olan nahiyələrdən biri də Əlincə nahiyəsi idi.
Nahiyənin mərkəzi Əlincə qalasında yerləşmişdir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bir çox müəlliflərin XIV əsrin sonundan etibarən Əlincə qalasının öz əvvəlki əhəmiyyətini itirməsi fikri ilə razılaşmaq olmaz. Çünki hələ Sultan Süleymanın Qızılbaş dövləti ərazilərinə 1534-cü ildə gerçəkləşmiş yürüşü zamanı Osmanlı ordusuna rəhbərlik edən iki qüdrətli sərkərdədən biri olan Xosrov paşa məhz çoxminlik Osmanlı qoşunu ilə Əlincə qalası üzərinə göndərilmişdir Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344 s., s.72.
Əlincə nahiyəsi şimal-qərbdən Dərəşahbuz, şimal-şərqdən Sisyan, şərqdən Azadciran, cənubdan Dərəşam, qərbdən Naxçıvan nahiyəsi ilə həmsərhəd olmuşdur. Ərazisi, təqribən, 703 kvadratkilometr olmuşdur. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 88
Mənbə Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85
İstinadlar
Kateqoriya:Naxçıvan ərazisinin tarixi-siyasi coğrafiyası