Məlahət Nəsibova () — 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsinə" görə Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülən Azərbaycan jurnalisti və hüquq müdafiəçisi.
M.Nəsibova hazırda Azərbaycanda "Turan" informasiya agentliyində çalışır. O, həmçinin, Azadlıq Radiosunun müxbiri kimi çalışır və Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.
Xarici keçidlər Məlahət Nəsibovanın məqaləsi Oslo Azadlıq Forumu
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:İnsan hüquqları aktivistləri