Cemsonit (Şotlandiya mineraloqu R. Ceymsonun şərəfinə adlandırılmışdır) — mineral.Cemsonit// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 215–216. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Haqqında Qurğuşun və dəmirin təbii sulfo — duzu – Pb4FeSb6S14. Monoklinik sinqoniyada kristallaşır. Kristalları iynəvarı, sap varıdır. Qarışıq lifli, radial şüalı yaxud dənəvər aqreqatları var. Qurğuşunu-bozdan dəmiri-qarayadək rəngdə olur. Metal parıltılıdır. Sərtliyi 2,5, sıxlığı 5630–5710 kq/m³-dir. Kövrəkdir. Cemsonit orta və aşağı temperaturlu hidrotermal yataqlarda əmələ gəlir; qurğuşun-sink, qızıl-sürmə və digər polimetal yataqlarda rast gəlinir. Qurğuşun və sürmənin ikincidərəcəli filizidir. Rusiya Federasiyası, Ukrayna, Çexiya və s. ölkələrdə yataqları var.

İstinadlar

Xarici keçidlər

Minerallar

Kateqoriya:Sulfosollar (minerallar) Kateqoriya:Qurğuşunun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Antimonitin mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:Sulfidlər (minerallar)