Zeynəddin Əburəşid oğlu Şirvani — mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar.
13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”/Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir.
Mənbələr Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s. 308
Həmçinin bax Bayıl qalası
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:XIII əsr memarları Kateqoriya:XIII əsrdə vəfat edənlər