Salvartı gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində göl.

Haqqında Salvartı dağının yamacında, 2849 m hündürlükdədir. Sahəsi 3,2 ha, uzunluğu 280 m, ən geniş yerdə eni təqribən 200 m-dir. Müxtəlif mənbələrdən qidalanır. Göldən Salvartı çayı başlanır.

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun gölləri