Yemiş milçəyi () — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ.

Ümumi xassələri Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir.S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.

Həyat tərzi Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır. Bir milçək ömrü boyu 25-ə qədər yumurta qoyur. 2–7 gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. İnkişafını bitirən sürfələr puplaşır. 13–20 gündən sonra baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır.N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Yayılması Aralıq dənizi, Asiya, Qafqazda,Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978. Ermənistan, Gürcüstan, Azərbaycan, Kipr, Qazaxıstanda, Qırğızıstan, Livan, Rusiyanın cənubu, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan, Əfqanıstan, Hindistan, İran, İraq, Pakistan, Suriya.Azərbaycanda yemiş əkilən rayonlarında yemiş milçəyi geniş yayılmaqla onun ən təhlükəli zərərvericisidir.

İstinadlar

Xarici keçidlər Myiopardalis pardalina (Diptera: Tephritidae)

Həmçinin bax İkiqanadlılar Soğan milçəyi Kələm milçəyi Yerkökü milçəyi

Kateqoriya:Əlvanqanadlılar Kateqoriya:Asiya həşəratları