Qarovulxana dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin şimal-qərb istiqamətli eyniadlı ayrılmasının suayrıcında, Yuxarı Yaycı kəndindən 1 km-dək şimal-şərqdə dağ (hünd. 1706,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yastı tələli yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur rayonunun dağları