Qarovultəpə dağı — Babək rayonu ərazisində dağ (hünd. 919,9 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq cinahında, Dərələyəz silsiləsindəki Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, Naxçıvan-Sədərək avtomobil yolunun cənub kənarındadır. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən geniş cənub-şərq qanadında yerləşir.

Həmçinin bax Dərələyəz silsiləsi Xarxat dağı İlandağ Maparax İstinadlar

Kateqoriya:Babək rayonunun dağları