Elşən Rəşad oğlu Rzazadə () — yarımmüdafiəçi kimi çıxış etmiş keçmiş peşəkar Azərbaycanlı futbolçu.

Karyerası

Klub Elşən Rzazadə karyerasına Xəzər-Lənkəran klubunda başlayıb. O, 2014-2015 və 2015-2016 mövsümünü bu klubda oynayıb və ümumilikdə 31 oyunda iştirak edib. Klubun heyətində bir dəfə, Azərbaycan Premyer Liqasının 2015-2016 sezonunda Sumqayıt və Xəzər-Lənkəranın qarşılaşdığı matçda qol müəllifi olub və onun bu qolu hesabı bərabərləşdirib (1:1). Xəzər-Lənkəran 2016-cı ildə onu transferə çıxarıb.

30 yanvar 2016-cı ildə Rzazadə Neftçi Bakı klubu ilə müqavilə imzalamışdır. O, həmin il aldığı zədə səbəbi ilə əsas heyətə daxil olmaqda çətinlik çəkib və bir müddət sonra qarşılıqlı razılıq ilə klubdan ayrılıb. Klubdan ayrıldıqdan sonra bir müddət Mil-Muğan klubunun tərkibində Azərbaycan Kubokunda oynayıb, daha sonra isə Azərbaycan Birinci Liqasının Şüvəlan klubunun heyətində yer alıb.

2018-ci ildən sonra Türkiyə Həvəskar Liqasının "Çilimli Bələdiyyəspor" klubunda oynayıb.

Karyerasının bitirmiş futbolçunun 2024-cü ildə Londonda dönər satması ilə bağlı video yayılıb.

Milli komanda Rzazdə 2015-ci ildə Azərbaycan milli futbol komandasına dəvət alıb. O, Azərbaycan milli futbol komandası ilə debütünü 17 noyabr 2015-ci ildə Moldova millisinə qarşı oyunda etmişdir.

Karyera statistikası

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaMilli KubokÜmumiDiviziyaOyunQolOyunQolOyunQolXəzər-Lənkəran2014–15Azərbaycan Premyer Liqası150101602015–1616110171Ümumi31120331Neftçi Bakı2015–16Azərbaycan Premyer Liqası200020Ümumi karyera33120351

Milli komanda AzərbaycanİlOyunQol201510Ümumi10 17 Noyabr 2015-ci il məlumatlarına əsasən.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri