Markos Ferreyra Xavyer (18 fevral 1982-ci ildə Rio-de-Janeyroda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Karvan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya əsilli Azərbaycanlı futbolçu.
Karyerası 2005-ci ilin yay ayında Markos Korintians Alaqoano klubundan Karvan klubuna transfer olmuşdur. 2007-ci il qış ayında Markos Neftçi Bakı klubuna mövsümün sonuna qədər icarəyə verilmişdir.
Milli karyerası 2007-ci ildə Markos Azərbaycan vətəndaşlığını qəbul etmişdir. O, Azərbaycan milli futbol komandası ilə debütünü 7 mart 2007-ci ildə Alma TV Kubokunda Özbəkistan millisinə qarşı oyunda etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. O, milli ilə sonuncu oyununa dörd gün sonra Alma TV Kuboku görüşündə Qırğızıstan millisinə qarşı oyunda çıxmışdır.
Karyera statistikası
Klub performansı Liqa Kubok Kontinental Ümumi Mövsüm Klub Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Azərbaycan Liqa Azərbaycan Kuboku Avropa Ümumi2005-06KarvanAzərbaycan Premyer Liqası211 002112006-07126 301562007-08122 -122Neftçi Bakı (icarə)40 -402008-09Karvan00 -002009-10253 -253 Ümumi Azərbaycan7412 307712 Ümumi karyera7412 307712
İstinadlar
Xarici keçidlər Markos Ferreyra: “Azərbaycan çayı üçün darıxıram” – MÜSAHİBƏ - FOTO
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri