Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.

Məzmun Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur.

Film haqqında Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir.

Səhvlər Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.

Filmin heyəti

Film üzərində işləyənlər Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu İnzibatçı: Etibar Almazov Mətni oxuyan: Sevda Ağazadə (titrlərdə yoxdur) Musiqi tərtibatı: Əliabbas Qasımov Redaktor: Səyavuş Məmmədov

Rollarda Kazım Bağırov Ceyhun Əliyev Əliyula Əliyev Ənvərpaşa Vəliyev Yusif Vəliyev Əliheydər Abbaslı

Filmdə iştirak edənlər Əlisəttar Atakişiyev (arxiv; kinorejissor, operator, ssenarist, rəssam) Rasim İsmayılov (şəkil; kinorejissor, operator, ssenarist) Rafiz İsmayılov (şəkil; kino rəssamı)

Xarici keçid Filmi izlə

Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Əlisəttar Atakişiyev haqqında filmlər Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri