Alma ballıcası () — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ.

Xarici quruluşu Yetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir.N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Həyat tərzi Alma ballıcası yumurta mərhələsində qışlayır. Yazda yumurtalardan sarı rəngli sürfələr çıxır. Sürfələr tumurcuqlarla qidalanır. Sürfələrin inkişafı 29–38 günə başa çatır. Yetkin fərdlər mayalanmadan sonra zoğların dərin yerlərinə tumurcuqların içərisinə yumurtalar qoyur. İl ərzində bir neçə nəsil verir.S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.

Yayılması Şimali Amerika, Mərkəzi Avropa, Şimali Avropa, Pribaltika və Leninqrad vilayəti, Kişinyov, Dnepropetrovsk, Volqoqrad, Kiev, Xarkov, Voronej, Samarada yayılıb. Azərbaycanın meyvəçiliklə məşğul olan bütün rayonlarında təsadüf edilir.

Ədəbiyyat S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s. N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Həmçinin bax Zeytun ballıcası Psillidlər

Xarici keçidlər Psylla mali Schmidber. — Яблонная медяница Яблонная медяница (Psylla mali) Листоблошка яблонная (Psylla mali Schmdbg.) Джерело: http://collectedpapers.com.ua/ru/atlas_pests/psylla-mali-schmdbg

İstinadlar Kateqoriya:Ziyanverici cücülər