Alma şüşəqanad kəpənəyi-()-buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin şüşəqanad kəpənəklər fəsiləsinə aid olan növ
Xarici quruluşu Kəpənək qanadları açılan zaman 15–20 mm böyüklükdə olur. ön və dal qanadlar parlaqdır, şüşəni xatırladır. Bədəni tünd mavi rəngdədir. Qarıncığın dördüncü buğumu qırmızıya çalır. Yumurtası ovaldır və uzunluğu 1 mm-ə çatır. Tırtılın bədəni sarımtıl-ağ, yaxud çəhrayı rəngdə olur. uzunluğu 20 mm-ə qədərdir. Pupu sarımtıl qəhvəyi olub, qarıncıq buğumlarının üst tərəfində 2 cərgəli tüklü mahmızlar var.S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
Həyat tərzi Hər bir dişi kəpənək 200-250 ə qədər yumurta qoyur. Yumurtalardan çıxan tırtıllar qabıqlardan içəri daxil olur və canlı toxumaya qədər hərətırtıllar 2 dəfə qışladıqdan sonra ikinci ilin yayında puplaşır. Puplaşma may ayının əvvəllərindən başlayaraq iyun ayının axırlarına qədər davam edir. Havanın temperaturundan asılı olaraq pupun inkişafı 11-32 günə başa çatır. Kəpənəklər gündüzlər aktiv olur. Əsasən alma ağaclarına zərər verir.N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, Bakı: 1964
Yayılması Orta və Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Rusiya, Ukrayna, Zaqafqaziya, İsveçdə yayılıb. Azərbaycanın Quba, Xaçmaz, Gəncə, Qazax, Şabran rayonlarında geniş yayılmışdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Həşəratlar Kateqoriya:20–24 ID olan Taksonbar