"Nitsa" Futbol Klubu ,( və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır.

Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.

1950-ci ildə klubun uğurlu çıxışı zamanı, Nitsa uğurla öz sıralarına futbolçular inteqrasiya edən ilk Fransa klublarından idi. Klubun sıralarına Héctor De Bourgoing, Pancho González, Victor Nurenberg and Joaquín Valle kimi məşhur oyunçular daxildir. Joaquín Valle klubun sol cinahda ən aparıcı oyunçularından olmuşdur.

Nailiyyətləri

Millilər 20px Fransa çempionatı 20px Çempion (4): 1950/1951,1951/1952,1955/1956,1958/1959, 20px Gümüş mükafatçı (3): 1967/1968,1972/1973,1975/1976 Liqa 2 20px Qalib (4): 1947/48, 1964/65,1969/70,1993/94. 20px2-ci yer (1): 1984/85. Dvizion 3 20px Çempion (2): 1984/85, 1988/89. Fransa kuboku 20px Sahibi (3): 1951/52, 1953/54, 1996/97. 20pxFinalçı (1): 1977/78. Fransa Superkuboku 20px Sahibi (1): 1970. 20pxFinalçı (3): 1956, 1959, 1997. Fransa liqa kuboku 20pxFinalçı (1): 2005/06.

İstinadlar

Kateqoriya:Fransa futbol klubları Kateqoriya:Fransa Liqa 1 klubları