Alina Abdullayeva — Azərbaycan rejissoru.
Həyatı Alina Abdullayeva 1981-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində doğulub. Orta məktəbi bitirəndən sonra, 1998-ci ildə Bakıya köçüb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” fakültəsinə daxil olub. 1999-2002-ci illərdə onun novella və hekayələri müxtəlif yerli qəzet və jurnallarda çap olunub. Paralel olaraq fotoqraf kimi işləyib. Magistraturaya daxil olduqdan sonra rejissorluqla maraqlanıb. 2004-cü ildə AVANTİ proqramında (SDC - İsveçrənin İnkişaf üzrə Agentliyi tərəfindən maliyyələşən kino sahəsində peşəkar treninq) iştirakdan sonra rejissor qismində qısametrajlı layihənin reallaşması üçün qrant qazanıb. FOCAL-da kurs keçib. “Veit Helmer Filmproduktion”da prodüser kimi çalışıb. “Motor” adlı kinokampaniyanın təsisçisi, həmçinin Müstəqil Qafqaz Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir.
Filmoqrafiya
Rejissor assistenti Filmin adı İl Filmin növü Qeydlər Absurdistan 2008tammetrajlı bədii film
Rejissor Filmin adı İl Filmin növü Qeydlər Çalış, nəfəs alma 2006qısametrajlı bədii film 1. AVANTİ proqramı (FOCAL, SDC) tərəfindən filmin layihəsinə qrant ayrılmışdır. (İsveç, 2004)2. "Ən yaxşı debütə görə" Milli Kino Akademiyasının "Qızıl çıraq" mükafatı almışdır. (Bakı, Azərbaycan, 2006)3. Salento Finibus Terrae Beynəlxalq Qısametrajlı Filmlər Festivalında "ən yaxşı rejissor" mükafatına layiq görülmüşdür. (İtaliya, 2008) OH-LA-LA! 2008qısametrajlı bədii film
Ssenari müəllifi Filmin adı İl Filmin növü Qeydlər Kiçik səhv 2003qısametrajlı bədii film Çalış, nəfəs alma 2006qısametrajlı bədii film OH-LA-LA! 2008qısametrajlı bədii film Bir addım 2009qısametrajlı bədii film 1. Filmin layihəsi “Bu meydan, bu ekran” kinolayihələr müsabiqəsində 7 qalibdən biri olmuşdur. (Bakı, Azərbaycan, 2008)2. "Ən yaxşı ssenariyə görə" Qrand OFF mükafatına namizəd olmuşdur. (Varşava, Polşa, 2010)3. Nyu Vijn Film Festivalında "ən yaxşı ideya"ya görə mükafat almışdır. (Kiyev, Ukrayna, 2011) Elçi 2010sənədli-bədii film 1. Göteborq Beynəlxalq Film Festivalında "Tərəqqi mükafat"ı almışdır. (Göteborq, İsveç, 2009)
Prodüser Filmin adı İl Filmin növü Qeydlər Xəzər gəlini 2005qısametrajlı bədii film 1. Fridrix Vilhelm Murnau Mükafatına layiq görülmüşdür. (Vizbaden, Almaniya, 2006) Çalış, nəfəs alma 2006qısametrajlı bədii film 1. Beynəlxalq Audiovizual Festivalda "ən yaxşı prodüser" mükafatı almışdır. (Bakı, Azərbaycan, 2006) Asılqan 2010cizgi filmi "Xoşbəxt olun!!" 2009qısametrajlı sənədli film 1. SDC (İsveç) tərəfindən sənədli filmin layihəsi qranta layiq görülmüşdür. (İsveç, 2008)2. Azərbaycan Ailəsi Kinofestivalında "ən yaxşı vizuallığa görə" xüsusi mükafat almışdır. (Bakı, Azərbaycan, 2009)
İstinadlar
Xarici keçidlər Facebook profili “Rejissor üçün psixi hazırlıq lazımdır” Alina Abdullayeva - Film producer, coordinator of cultural programs, Azerbaijan Alina Abdullayeva
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Ukraynada doğulanlar