Cəmşidpur, Tatanaqar — Hindistanın şimalında Charkhand ştatında şəhər.Cəmşidpur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 278. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 1,3 milyon (2011) nəfərdir.

Coğrafiyası Çhota-Naqpur yastıdağlığının cənub şərqində, Suvarnarekha çayı sahilindədir. Nəqliyyat qovşağı.

Tarixi 20-ci əsrin əvvəllərində sənayeçi Cəmşidci Tata tərəfindən salınmış və onun şərəfinə adlandırılmışdır. Dəmir filizləri, manqan və daş kömürün yerli yataqları əsasında metallurqiya mərkəzi kimi inkişaf etmişdir.

Memarlığı left|thumb|Keenan stadionu Hindistan Milli metallurgiya laboratoriyası, Milli Texnologiya İnstitutu (1960), biznes-məktəb (ölkənin ən yaxşı mək təblərindən biri), kolleclər (o cümlədən tibb) var.

Sənayesi Cəmşidpur ağır sənaye mərkəzidir: nəqliyyat və kənd təsərrüfatı maşınqayırması müəssisələri fəaliyyət göstərir; energetika avadanlığı, elektrotexnika məmulatları və s. istehsal olunur. Kimya, sement sənayesi, polad borular istehsalı inkişaf etmişdir. Cəmşidpur ölkənin inkişaf etmiş infrastruktura malik, ən yaxşı planlaşdırılmış və yaşıllaşdırılmış şəhərlərindən biridir.  

Qalereya

center|thumb|588x588px|Qolmuri qolf kursu

Həmçinin bax Cammu Caypur Cəbəlpur

İstinadlar

Xarici keçidlər Cəmşidpur Şəhər portalı

Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Hindistanın milyon nəfərdən çox əhalisi olan şəhərləri