Kristofer Antoni Villok (31 yanvar 1998, London, İngiltərə) — Kris Villok kimi də tanınan, Portuqaliya təmsilçilərindən olan Benfika klubunda və İngiltərə U-19 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.

Klub karyerası

Arsenal Villok 5 yaşı olarkən Arsenal akademiyasına qəbul olunmuşdur. O, 2014-cü ildə 16 yaşı olarkən yoldaşlıq oyunları üçün əsas komandaya dəvət almış və klubun baş məşqçisi Arsen Venger futbolçunu "çox maraqlı bir futbolçu" kimi təsvir etmişdir. Villok 2015-16 mövsümünün sonunda Aston Villa klubuna qarşı Emireyts Stadionunda keçirilən U-21 Premyer liqanın final görüşündə həm qolla, həm də iki məhsuldar ötürmə ilə yadda qalmışdır. O, əsas komanda ilə debütünü 20 sentyabr 2016-cı ildə Nottingem Forest klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir.

Benfika 30 iyun 2017-ci ildə Villok son Portuqaliya çempionu olan Benfika klubu ilə beş illik müqavilə imzalamışdır.

Milli karyerası Villok 2017-ci ilin iyun ayında Gürcüstanda keçirilən 2017 U-19 Avropa Çempionatında iştirak etmək üçün İngiltərə millisinə dəvət almışdır.

Şəxsi həyatı Villokun iki qardaşı da futbolla məşğul olur. Onun böyük qardaşı Matti Mançester Yunayted klubunun, kiçik qardaşı Co isə Arsenal klubunun futbolçusu.

Uğurları Arsenal U21 Premyer liqa 2 pley-off: 2016

Həmçinin bax Arsenal

İstinadlar

Xarici keçidlər

England profile at The FA

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Vest Bromviç Albion FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular