Rəşad Muxtar oğlu Qasımov — Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri.

Həyatı

Rəşad Qasımov 27 may 1983-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İmir kəndində anadan olmuşdur.Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 - səh. 624. 2000-ci ildə Bakı şəhərində yerləşən 34 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin kinoşünas ixtisası qrupuna daxil olmuşdur. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

2004-2005-ci illərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasında, eyni zamanda IV və V Beynəlxalq Audiovizual Festivallarda koordinator, prodüser, icraçı direktor vəzifələrində çalışıb. Həmin müddətdə "Azərbaycanfilm" və "Mozalan" studiyalarının istehsal etdiyi bir sıra filmlərdə çalışıb. Bir çox audiovizual əsərlərdə prodüser kimi fəaliyyət göstərmişdir.

2005-ci ildə alman rejissoru Fayt Helmerin "Xəzər gəlini" qısametrajlı bədii filmində prodüser kimi fəaliyyət göstərmişdir.

“İmper Qrup” Prodüser Mərkəzinin təsisçilərindən biri olmuşdur. 2005-2006-cı illərdə ANS televiziyasında prodüser kimi fəaliyyət göstərmişdir. 2006-cı ilin oktyabrından Azərbaycan Dövlət Film Fondunda bir sıra vəzifələrdə çalışmışdır. Hazırda fondun kinoarxiv şöbəsinin müdiridir.

2008-2012-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Bu meydan, bu ekran" qısametrajlı film layihələri müsabiqəsində prodüseri olduğu "Kor və korluq", "Qocalar" və "Mayak" layihələri qalib olmuş, onların əsasında çəkilmiş "Bir addım", "Qocalar" və "Mayak" bədii filmləri bir çox festivallarda priz və mükafatlar qazanmışdır. Həmçinin prodüseri olduğu "Lahıc ritmləri", "Miras" və "Əriyən ada" sənədli filmləri də bir çox festivallarda qalib olmuşdur.

2012-ci ildə rejissor kimi "Vətən sevgisi"Kinobülleten. VI buraxılış. Bakı: Tərəqqi, 2013, səh. 23Milli Qəhrəmanlar haqqında sənədli filmlər təqdim olunub: [Rəşad Qasımovun Muxtar Qasımovdan bəhs edən “Vətən sevgisi” sənədli filminin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.7.Aydın Kazımzadə. Kino və zaman. Bakı: Şərq-Qərb, 2016 - səh. 587. və "Mübarizlik zirvəsi"Kinobülleten. VI buraxılış. Bakı: Tərəqqi, 2013, səh. 22, 2018-ci ildə isə "Rasim Ocaqov zirvəsi" filmlərini çəkmişdir.

Mükafatları 2012 — "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin mükafatı ("Vətən sevgisi" filminə görə) 2017 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" medalı 2018 — "Şəki, mən səni sevirəm" müsabiqəsinin Xüsusi Mükafatı ("Rasim Ocaqov zirvəsi" filminə görə) 2020 — Ankarada TÜRKSOY mükafatı

Filmoqrafiya Xəzər gəlini (film, 2005) — icraçı prodüser Nəfəs (film, 2007) — redaktor Qocalar (film, 2008) — prodüser Lahıc ritmləri (film, 2008) — icraçı prodüser Bir addım (film, 2009) — prodüser Miras (film, 2010) — prodüser General Mustafa Nəsirov (film, 2011) — prodüser Mayak (film, 2012) — prodüser Mübarizlik zirvəsi (film, 2012) — rejissor Vətən sevgisi (film, 2012) — rejissor Əriyən ada (film, 2013) — prodüser Rasim Ocaqov zirvəsi (film, 2018) — rejissor Haqq aşığı (film, 2021) — xətt prodüseri Qara talelər (film, 2022) — prodüser

İstinadlar

Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan kinoşünasları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Borçalıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilənlər Kateqoriya:Gürcüstan azərbaycanlıları