Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; ) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti.
Həyatı Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur.
Fəaliyyəti thumb|EBay-nin loqosu 2012-ci ilin sentyabr ayından əvvəl Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir.
İstinadlar
Ədəbiyyat Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
Kateqoriya:İş qadınları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:Nyu-York şəxsləri