Arsellinidlər () — ibtidailərin tubulinea sinfinə daxil olan dəstədir.

Xarakterik əlamətləri Radial-simmetrik və ya papaqvarı çanağı olan orqanizmlərdir. Çanaq sabit formaya malikdir, zülal təbiətli üzvi maddədən qurulmuşdur. Ağızcıq mərkəzdə yerləşir. Birnüvəli, nadir hallarda çoxnüvəlidir. Psevdopodiyaları nisbətən enli, ucları qıvrımdır. Əksərən su orqanizmləridir, nadir halllarda torpaqda və döşənəcəkdə rast gəlinir.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

İstinadlar

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Kateqoriya:Amöbozoylar