Çapala (Chapala) — Meksikada, Meksika yaylasının cənubunda göl.Çapala// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 448-449. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Sahəsi Sahəsi 1,100 km2 (ölkədə ən böyük).

Coğrafi xüsusiyyətləri left|thumb|Çapala gölü Təqribən 1500 m hündürlüyündədir. Orta dərinliyi təqribən 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan şəhəri Çapalanın sahilindədir. Qvadalaxaru şəhərinin su təchizatı Çapaladandır.

Həmçinin bax Viktoriya gölü Huron gölü Miçiqan gölü Tanqanika gölü Baykal Cenevrə gölü

İstinadlar

Xarici keçidlər Çapala gölü

Kateqoriya:Meksika gölləri