Əmrəkar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd.

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 9–10 km şimal-qərbdə yerləşirdi.

Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır(erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.66–67, 142–143. 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Əmir şəxs adı ilə türk dilində "sıldırım", "qaya", "sıldırımlı qaya" mənasında işlənən kayır //kairМурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.241, "sıldırım qaya" mənasında işlənən karКойчубаев Е. Краткий толковый словарь топонимов Казахстана, АлмаАта, "Наука", 1974. s.107 sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi İsrafil Məmmədov (tarixçi) bu kənddə doğulmuşdur.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri