Yevgeniya Stepanovna Nevmerjitskaya — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018).
Həyatı Yevgeniya Nevmerjitskaya Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini 1965-ci ildə bitirib. 1963-cü ildən S. Vurğun adına Rus Dram teatrının aktrisasıdır. Bu illər ərzində teatr səhnəsində 70-dan çox rol oynamışdır. Onların arasında "Terezanın ad günü"-ndəki (G. Mdivani) Alfa, "Qayıtmış insan"-dakı (Ə. Nəsibov) Nigər, "Sonuncular"-dakı (M. Qorki) Vera, "İllər və sahillər"-dəki (N. Xəzri Tünzalə ), "Sən nəyə yaşayırsan?"-dakı (İ. Qasımov) Şərqiyə, "Mariya Stüart"-dakı (F. Şiller) Gertruda, "Qum üzərində ev"-dəki (R. İbrahimbəyov) Ada, "Şəhərin yay günləri"-dəki (Anar) Tamara, "Albalı bağı"-dakı (A. Çexov) Ranevskaya, "Körpüdən mənzərə"-dəki (A. Miller) Beatris, "Zorən xəstə"-dəki (J.-B. Molyer) Belina, "I Napoleon"-dakı (F. Brukner) Jozefina, "Gözəl kişi"-dəki (A. Ostrovski) Sosipatra Semenovna, "Harold və Mod"-dakı (K. Higgins) Mod kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
2000-ci ildə Y. Nevmerjitskaya "Əməkdar artist", 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Filmoqrafiya Ən vacib müsahibə (film, 1971)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri