Pombulos dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 883,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qurtaracağında zirvə. Gilançayın sol sahilində, Aza kəndindən 400 m cənub-şərqdədir. Üst Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qurtaracağında, onun strukturunda iştirak edən ikincidərəcəli Dikdaş-Dəstə antiklinalının tağ hissəsində yerləşir. Həmçinin bax: Daşburun dağı Artım dağı Bəysal dağı İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları