Böyük Zeyvə, Arataşen () — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002

tarixi Böyük Zeyvə rayon mərkəzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.97 qeyd edilmişdir. Kəndin ilkin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra kəndə 1828-29-cu illərdə İranın Salmas və Xoy vilayətlərindən və 1915-16-cı illərdə Türkiyənin Alaşkerd vilayətindən köçürülən ermənilər yerləşdirilmişdirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.320. Burada ermənilərlə yanaşı 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83. Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözününƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.207 birləşməsindən əmələ gəlmişdir. Bu söz (zaviyə) islamiyyətlə əlaqədar olub fars dilindəki xanəgah sözü ilə sinonim münasibətindədir və «bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer» anlamını verir.

Səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci yeri ruhanilər tuturdu. Ruhanilərə hər vilayətdə şeyxülislamlar, vaizlər və nəhayət, dərviş malikanələrindəki (xanəgah və zaviyələrdəki) şeyxlər daxil idi. Ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar üçün bir küncdə, bucaqda, camaatdan kənarda tikilən evlər zaviyə adlanırdı və sonralar həmin yer yaşayış məntəqələrinə çevrilmişdiƏhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.54. Deməli, Zeyvə kəndləri, zaviyə sözünün əsasında formalaşmışdır. Digər tərəfdən bu bir daha göstərir ki, həmin ərazi Səfəvilərin hakimiyyəti altında olmuşdur. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Arataşen (Bolluq kəndi) qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri