Cuniyə () — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi.Cuniyə// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 405. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 102,2 min (2012).

Coğrafiyası Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir.

Tarixi Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir.

Memarlığı Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları). Sent-Espri-de-Kaslik Universiteti (1961; qeyri-dövlət) var. Çoxsaylı mağaralar (Ceyta kahası və s.).

 Qalereya

Həmçinin bax Beyrut Bəəlbək Sur Tərabülüs əş-Şam Zəhlə

İstinadlar

Xarici keçidlər Cuniyə rəsmi internet səhifəsi

Kateqoriya:Livan şəhərləri