Məhəmməd Arifhacıyev (23 sentyabr 1977) — Azərbaycanı və Belarusu təmsil edən boksçu.

Karyerası Məhəmməd Arifhacıyev 2000-ci ilin mayında Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birinci görüşdə Yunanıstan nümayəndəsi Mihalis Aslanidis üzərində 5:0 hesabı ilə qələbə qazanan Məhəmməd Arifhacıyev növbəti görüşdə Fransa nümayəndəsi Cehson Çaneta gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 5:6 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.

Həmin il Məhəmməd Arifhacıyev Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil etdi. -91 Kq. turnirindəm übarizə aparan Məhəmməd Arifhacıyev olimpiadanın 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Köber ilə üz-üzə gəldi. Sentyabrın 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Arifhacıyev rəqibinə 4:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.

Olimpiadadan sonra Məhəmməd Arifhacıyev Belarus yığmasının heyətinə cəlb edildi. 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatını və 2002-ci ilin iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatını Məhəmməd Arifhacıyev beşinci pillələrdə başa vurdu. 2003-cü ildə isə Məhəmməd Arifhacıyev Tailandda baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.

Məhəmməd Arifhacıyev 2004-cü ilin fevralında Xorvatiyanın Pula şəhərində Avropa Çempionatında növbəti dəfə medalı bir addımlığında məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Avqustda isə Məhəmməd Arifhacıyev Afina Olimpiadasında mübarizə apardı. Məhəmməd Arifhacıyev olimpiadanın final görüşündə ABŞ nümayəndəsi Andre Varda 14:20 hesabı ilə məğlub olaraq Afina Olimpiadasının gümüş medalına sahib oldu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12000Avropa Çempionatı Finlandiya5.2Olimpiya Oyunları AvstraliyaPAT32001Dünya Çempionatı Şimali İrlandiya5.42002Avropa Çempionatı Rusiya5.52003Dünya Çempionatı Tailand2.62004Avropa Çempionatı Xorvatiya5.7Olimpiya Oyunları Yunanıstan2.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2004 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:2004 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Belarus idmançıları