Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 1975 və 2011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi.
Tarix və Profil Jurnal 1975-ci ildə tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir.
Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi. Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi.
1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi.
Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı.
2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır.Exclusive: Siempre Football meets… Don Balón , Siempre Football
İstinadlar Kateqoriya:Futbol jurnalları