Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, batbat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır.Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
Respublikamızda yayılan zəhərli bitkilər Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, rapontikum, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, batbat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.
İstinadlar
Xarici keçidlər Zəhərli bitkilər bağı
Həmçinin bax Naxçıvanın zəhərli bitkiləri Zəhərli fizostiqma