Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir.

Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 23 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir.

Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır.

Məzmun Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır. Hadisələr rahib Manato, oğru Haruhiro, ovçu Yume, sehrbaz Şihoru, döyüşçü Moquzo və qara cəngavər Rantanın qurduğu komanda ətrafında cərəyan edir.

Personajlar Əsas

Hekayəni nəql edən personaj və komandanın oğrusudur. Haruhiro seriyanın ən dolğun personajlarından biridir. Təvazökardır. Yardımsevərdir və komanda yoldaşlarına kömək etməyə çalışır. Manatonun ölümündən sonra komandanın lideri olur. Komanda yoldaşları ilə münasibətlərinə böyük diqqət yetirir.

Komandanın ovçusudur. Cəsur və enerjilidir. Utancaq və çəkingən şəxsiyyətinə görə Şihorunu qorumağa çalışır. Haruhiro ilə yaxın dostdur və onla yaxşı yola gedir.

Komandanın sehrbazıdır. Çox utancaqdır. Sadəcə Yume ilə yaxşı əlaqə saxlayır. Yume Şihorunun digər komanda yoldaşları ilə əlaqə saxlamasına kömək etməyə çalışır.

Komandanın qara cəngavəridir. Kobud, düşüncəsiz və bir az tərbiyəsizdir. Buna görə də tez-tez Haruhiro ilə mübahisə edir. Ranta tez-tez komandanın başına problemlər yaradır.

Komandanın rahibi və lideridir. Qoblinlərlə döyüşlərin birində kürəyindən aldığı ox yarasından ölür. Onun ölümü komandaya pis edir, lakin tezliklə Haruhiro yeni lider kimi etimad qazanır. Onun yerinə rahib kimi Meri gəlir.

Komandanın döyüşçüdür. Hündür boyu və iriliyi ilə seçilir. Komanda üçün tank rolunu oynayır. İri görünüşünə baxmayaraq Moquzo çox sakit təbiətlidir, az danışır. Əla aşbazdır, komanda yoldaşları üçün yemək bişirməyi çox sevir. Boş vaxtlarında taxta oyma sənəti ilə məşğul olur, taxtadan müxtəlif fiqurlar düzəldir.

Manatonun ölümündən sonra onun yerinə komandaya rahib kimi gəlmiş qızdır. İlk başlarda komandaya adaptasiya olmaqda çətinlik çəkir. O, Manato kimi deyil, çünki əvvəlki komanda yoldaşlarının gözlərinin önündə ölməsindən sonra soyuq və qapalı olmuşdur. Lakin Haruhiro Manatonun ölümündən bəhs etməsindən sonra yavaş-yavaş komandaya açılır.

Moquzonun ölümündən sonra komandaya qoşulan paladindir.

Renci komandası

Orion komandası Miçiki komandası

Digərləri

Tokimune komandasının üzvüdür. Haruhironu Meri ilə tanış edən şəxsdir.

Haruhironun oğru ustası.

Media Ranobe Ranobe seriyası Eyri Şirayın rəssamlığı ilə Ao Cumonci tərəfindən yazılır. İlk tankobon cildi Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildə buraxılmışdır. İndiyə qədər 23 cildi nəşr olunmuşdur. Onlayn ingilis ranobe nəşriyyatçısı J-Novel Club 28 oktyabr 2016-cı ildə ranobeni yayımlayacağını bildirmişdir. Ranobe Şimali Amerikada Seven Seas Entertainment tərəfindən lisenziyalaşdırılmış və iki cildi buraxılmışdır.

Cild siyahısı

Manqa Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası Square Enix nəşriyyatının Gangan Joker jurnalında 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi nəşr olunmuşdur. 23 noyabr 2016-cı ildə Yen Press manqanı Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır.

Cildlər

Anime 12 seriyalıq anime serialı adaptasiyası Ryosuke Nakamuranın rejissorluğu və ssenaristliyi ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuşdur. Mieko Hosoy personaj dizayneri olmuşdur. Həm açılış mahnısı "Knew day", həm də bağlanış mahnışı "Harvest" (K)NoW_NAME tərəfindən ifa olunmuşdur. Serial 11 yanvar 2016-cı ildən 28 mart 2016-cı ilə kimi AT-X, Tokyo MX, BS11, ABC kanallarında nümayiş etdirilmişdir. Funimation animeni ingilis dilinə dublaj etdirmişdir. Anime hərəsində 2 seriya olmaqla 6 BD/DVD cildi şəklində buraxılmışdır.

Seriya siyahısı Başlıq Rejissor Yayım tarixi

OVA "2,5-ci seriya" adlı 10 dəqiqəlik OVA seriyası animenin ilk BD/DVD cildi ilə birlikdə 16 mart 2016-cı ildə buraxılmışdır. Toho 5 aprel 2016-cı ildə OVA üçün reklam videosu buraxmışdır.

Başlıq Yayım tarixi

İstinadlar

Xarici keçidlər Square Enix saytında

(müəllif) Overlap Bunko saytında

Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:2016-cı ilin anime OVA-ları Kateqoriya:Şonen manqaları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Square Enix manqaları Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Funimation Kateqoriya:Animax verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Overlap Kateqoriya:J-Novel Club Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:İsekay anime və manqaları