Qırxlardağ - Culfa rayonu ərazisində dağ (hünd. 3175,3 m).  Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolunun başlanğıc hissəsinin  suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lavalarından təşkil olunmuş,  şimal-qərb və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının şimal qanadında yerləşir. Yamaclarından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

Həmçinin bax: Qız-gəlin dağı Abdal (dağ) Elti dağı Ağaverdi dağı Qapıcıq dağı

İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri