Maru ( [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir.

2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).

İstinadlar

Xarici keçidlər Marunun bloqu YouTubeda kanalı

Kateqoriya:Məşhur pişiklər Kateqoriya:2007-ci ildə yarananlar Kateqoriya:Yaponiyada pişiklər Kateqoriya:İnternetdə heyvanlar Kateqoriya:Yaponiyanın məşhur heyvanları Kateqoriya:Yaponiyanın internet məşhurları