V-1 uçan bomba () — Faşist Almaniyası tərəfindən İkinci Dünya müharibəsinin sonlarına doğru müttəfiq qüvvələrinə qarşı istifadə edilən idarəolunan raketdir.

V-1 Faşist Almaniyası tərəfindən 1939-cu ildə Peenemünde Ordu Tədqiqat Mərkəzində hazırlanmağa başlamışdır. Hazırlanma dövründə bu raketin kod adı "Cherry Stone" olmuşdur. Müharibə dövründə Almaniya tərəfindən işğal edilmiş Fransa və Hollandiya sahillərində yerləşən ərazilərdən atılan V-1 raketləri əsasən London şəhərinin bombardman edilməsi zamanı aktiv istifadə edilmiş, nəticədə şəhərə çox böyük ziyan dəymişdir.

Kateqoriya:Qanadlı raketlər Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr Kateqoriya:Almaniya ixtiraları Kateqoriya:İkinci Dünya müharibəsi